15 Dekabr 2023, 16:30
"Qarabağ" pley-offdakı ilk oyunu səfərdə keçirəcək
"Qarabağ" pley-offdakı ilk oyunu səfərdə keçirəcək şəkil
"Qarabağ" pley-offdakı ilk oyunu səfərdə keçirəcək

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi ilə bağlı təfərrüatlar bəlli olub.

"Operativ Media" UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" 1/16 final mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi ilə yanaşı Avroliqada qrup ikinciləri olan digər 7 komanda - "Olimpik" (Fransa), "Renn" (Fransa), "Roma" (İtallya) "Sparta Praqa" (Çexiya), "Sportinq" (Portuqaliya), "Tuluza" (Fransa) və "Frayburq" (Almaniya) səpələnmişlər səbətinə düşüb.

1/16 finalda bu komandaların rəqibləri Çempionlar Liqasında qrup 3-cüsu olan 8 komanda olacaq: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord" (Niderland), “Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya), "Şaxtyor" (Ukrayna).

Onlar səpələnməmişlər səbətində yer alıblar.

Pley-off mərhələsində eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməyəcəklər. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətindəki 8 komandanın hamısı ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcəklər.

İlk matçlar 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

1/16 finalın püşkatma mərasimi dekabrın 18-də UEFA-nın Nyon (İsveçrə) şəhərindəki qərargahında keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Son xəbərlər
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb