Ana səhifə / İdman / Azərbaycanın 2024-cü il üçün FİFA referiləri bəlli oldu Azərbaycanın 2024-cü il üçün FİFA referiləri bəlli oldu 15.12.2023, 23:00 Əziz Əzizli 2024-cü ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək futbol hakimlərinin adları müəyyənləşib. "Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA tərəfindən təsdiqlənmiş referilərin siyahısı açıqlanıb. Növbəti ildə Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar. Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva referi köməkçiləri qismində fəaliyyət göstərəcəklər. Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də təyinat alacaqlar. Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər Teqlər: "Az\u0259rbaycan\u0131n 2024-c\u00fc il \u00fc\u00e7\u00fcn F\u0130FA referil\u0259ri b\u0259lli oldu"