Menyu

"Sumqayıt" heç-heçə sayında 100-ə çatdı

Əziz Əzizli
"Sumqayıt" heç-heçə sayında 100-ə çatdı

"Sumqayıt” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini edib.

"Operativ Media" xəbər verir ki, bu, Misli Premyer Liqasının 17-ci turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb. Sumqayıtlılar Premyer Liqada 100 və daha çox heç-heçə edən 10-cu komandadır.

“Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündən Premyer Liqada çıxış edir. Sumqayıtlılar ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib – 0:0.

Teqlər:

"\"Sumqay\u0131t\" he\u00e7-he\u00e7\u0259 say\u0131nda 100-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər