Menyu

Mahir Emreli ehtiyatda qaldı, "Dinamo" xal itirdi

Əziz Əzizli
Mahir Emreli ehtiyatda qaldı, "Dinamo" xal itirdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində “Hayduk”la (Split) qarşılaşıb.

Zaqreb təmsilçisi evdə qarşılaşdığı bu rəqiblə bacarmayıb – 0:0. Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.

Teqlər:

"Mahir Emreli ehtiyatda qald\u0131 \"Dinamo\" xal itirdi"

Əlaqəli Xəbərlər