Menyu

Tahir Gözəl: "Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim"

Əziz Əzizli
Tahir Gözəl: "Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim"

Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun prezidenti Tahir Gözəl də iştirak edib. O, Portuqaliyanın “Braqa” klubuna rəqib olmalarına münasibət bildirib:

“Azərbaycanı ilk dəfə Avropa Liqasının pley-off mərhələsində, bu raundun püşkatmasında təmsil etmək bizim üçün qürurdur. Biz bu gün tarixi bir hadisəni yaşadıq. Buna canlı şahidlik etmək üçün tədbirə şəxsən özüm qatıldım. Püşkdən öncə mümkün rəqiblərimizin gücünə bələd idik. Bu 8 klub Çempionlar Liqasında öz iddiaları ilə seçilən komandalardır. Onlar qitənin ən nüfuzlu klub turnirindən gəliblər. “Braqa” da belə komandalardan biridir. Güclü Portuqaliya çempionatında çıxış edirlər və avrokuboklarda müntəzəm oyunları ilə seçilirlər. Güclü komandaların yer aldığı bu mərhələdə asan rəqib olmur. “Qarabağ”ı və ölkəmizi bu səviyyəyə gətirdiyimizə sevinirəm. Lakin bununla kifayətlənmək istəmirik və missiyamız hələ davam edir. “Qarabağ” təkcə 30-35 nəfərdən ibarət deyil. Milyonlarla insanın ürəyi bizimlədir. Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim. “Qarabağ”a, vətənimə uğurlar arzulayıram. Hamı əmin olsun ki, klubumuzu və Azərbaycanı ən yaxşi səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər