Menyu

PFL-in qəzaya düşən iki əməkdaşı evə buraxılıb

Əziz Əzizli
PFL-in qəzaya düşən iki əməkdaşı evə buraxılıb

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.

"Operativ Media" “Azərtac”a istinadən xəbər verir ki, bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev bildirib.

Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S.Abdullayev bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər