Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı
Əziz Əzizli
19 dekabr tarixində Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.
"Operativ Media" xəbər verir ki, mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda, 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Qrup oyunları dairəvi sistemdə keçiriləcək və qruplarda ilk iki yeri tutmuş klublar yarımfinala vəsiqə qazanacaqlar.
A qrupu: "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan", "Sumqayıt"
B qrupu: "Sabah", "NTD-İNDİQO ", "Sərhədçi", "Gəncə", "Şəki"
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net