Menyu

Azərbaycan millisi Niderlandla qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan millisi Niderlandla qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirəcək.

"Operativ Media" xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Niderlandın qonağı olacaq. Matç saat 21:30-da start götürəcək.

A qrupunda yer alan Azərbaycan millisi 4 xalla sonuncudur. Niderland isə 6 xalla 2-ci sırada qərarlaşıb. Milli bu gün qələbə qazansa, ikinci sıraya yüksələ və pley-off mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün yığmanın qələbəsiylə yanaşı, Rumıniya Qazaxıstana məğlub olmalıdır.

Futzal, DÇ-2024

Elit-raund mərhələsi

VI tur

20 dekabr

21:30 Niderland - Azərbaycan

Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (Hamısı Litva)

Timekeeper: Joern Te Kloeze (Niderland)

Hakim-inspektor: Karel Henyç (Çexiya)

UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər