Menyu

MOİK-in qapıçısı: "Özümü sübut etmək üçün fürsət idi"

Əziz Əzizli
MOİK-in qapıçısı: "Özümü sübut etmək üçün fürsət idi"

"Özümü sübut etmək üçün fürsət idi".

Bunu dünənki matçla bağlı "Operativ Media"ya açıqlama verən MOİK klubunun qapıçısı Zeynal Əhmədzadə deyib.

"Düşünürəm ki MOİK adına çox layiqli mübarizə apardıq. Komanda meydanda canla başla vuruşurdu. Təəsüflər olsun ki, son dəqiqələrdə qol buraxdıq. Amma "Qarabağ"a qarşı belə mübarizə aparmaq, belə oynamaq bizim üçün qələbəyə bərabərdir. Öz adıma isə oyunu çox yaxşı keçirtdiyimi düşünürəm. Özümü sübut etmək üçün fürsət idi. Bu fürsətdən maksimum dərəcədə yararlanmağa çalışdım".

22 yaşlı gənc qapıçı MOİK-in Premyer Liqaya yüksələrsə ev oyunlarını Xankəndidə keçirəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

"Təbii ki, çox yaxşı olar. Xankəndidə meydan sahibi olmaqdan qürur duyarıq".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən baş tutan matçda "Qarabağ" MOİK-i 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.

Teqlər:

"MO\u0130K-in qap\u0131\u00e7\u0131s\u0131: \"\u00d6z\u00fcm\u00fc s\u00fcbut etm\u0259k \u00fc\u00e7\u00fcn f\u00fcrs\u0259t idi\""

Əlaqəli Xəbərlər