Azərbaycan PL: "Neftçi" "Kəpəz"ə, "Zirə" "Qarabağ"a qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, son gündə 3 görüş baş tutacaq.
Əslində, “Turan Tovuz”la “Araz-Naxçıvan” arasındakı oyun ötən gün keçirilmişdi. Lakin Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin güclü külək nəticəsində qırılması səbəbindən oyunun qalan 10 dəqiqəsi bu gün davam etdiriləcək.
“Neftçi” ilin son matçında “Kəpəz”i qəbul edəcək. Turun və ilin son matçı isə “Zirə” ilə “Qarabağ” arasında baş tutacaq.
Daha öncə “Qəbələ” “Sabah”a, “Sumqayıt” isə “Səbail”ə 1:0 hesabıyla qalib gəlib.