Menyu

"Neftçi" yeni baş məşqçisini təqdim etdi

Əziz Əzizli
"Neftçi" yeni baş məşqçisini təqdim etdi

“Neftçi” PFK monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçilik karyerasına başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.

Karyerası ərzində "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi” PFK-dan öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.

Mütəxəssis "Neftçi" ilə yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər