Qəzaya düşən Elxan Səmədovdan yeni xəbər var
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net