Bu mövsüm Şenol Günəş, Burak Yılmaz və Rıza Çalımbay "Beşiktaş"da baş məşqçi kimi istənilən performansı göstərə bilmədilər. Bu mövsüm 3 məşqçi dəyişikliyi edən “ağ-qaralar” 4-cü çalışdırıcı ilə müqavilə imzalamaq üzrədir.
Rıza Çalımbayın gedişindən sonra “Beşiktaş"la 10-a yaxın məşqçinin adı hallandı. Bəzi məşqçilər ilə maaş və transfer büdcəsi razılaşmaya mane oldu.
"Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Beşiktaş" bir vaxtlar "Barselona" və "Vilyarreal"ı çalışdırmış Kike Setyenlə anlaşmağa hazırlaşır. Təcrübəli məşqçi ilə mövsümün qalan hissəsi üçün razılıq əldə olunacaq.
UEFA Avropa Konfrans Liqasının seçmə mərhələsindən qruplara düşən "Beşiktaş"ın 4-cü matçdan sonra qrupdan çıxa bilməyəcəyi bəlli olub. “Ağ-qaralar” Trendyol Superliqasında 16 görüşdə 8 qələbə, 2 heç-heçə və 6 məğlubiyyət əldə edib. Beşiktaş liqada 26 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.
Teqlər:
"\"Be\u015fikta\u015f\" ispan ba\u015f m\u0259\u015fq\u00e7i il\u0259 raz\u0131l\u0131\u011fa g\u0259ldi"