Menyu

"Qarabağ" problemlərini həll edə biləcək qapıçı tapa bilib"

Əziz Əzizli
"Qarabağ" problemlərini həll edə biləcək qapıçı tapa bilib"
1 dəq oxu

Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "Qarabağ"da çıxış edən Andrey Lunyovun performansını şərh edib.

"Operativ Media" xəbər verir ki, mütəxəssis qolkiperin Avropa Liqasında ən çox seyv edən qapıçılar arasında yer alması haqda danışıb:

"Lunyova "Bayer"dən ayrılandan sonra bacarıqlarını nümayiş etdirəcəyi klub lazım idi. "Qarabağ" Lunyovun ehtiyacı olan komandadır. "Qarabağ" problemlərini həll edə biləcək qapıçı tapa bilib. Komanda onun sayəsində vacib oyunda xallar qazanıb".

Lunyov bu yay azad agent kimi "Qarabağ"a keçib. O, 15 oyunda 14 qol buraxıb. 7 matçda isə qapısını toxunulmaz saxlayıb

Əlaqəli Xəbərlər