Menyu

Kriştiano Ronaldo 2023-cü ilin bombardiri oldu

Əziz Əzizli
Kriştiano Ronaldo 2023-cü ilin bombardiri oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının ikinci dövrəsinin ilk oyununda “Əl İttihad” və “Əl Nəsr” komandaları qarşılaşıb.

"Operativ Media" xəbər verir ki, oyunda qonaq komanda 5:2 hesabı ilə qalib gəlib. Qolları 19 və 68-ci dəqiqələrdə Kriştiano Ronaldo, 38-ci dəqiqədə Taliska, 76 və 82-ci dəqiqələrdə Sadio Mane vurub. Meydan sahiblərinin heyətində Həmdallah 14 və 52-ci dəqiqələrdə toru silkələyib.

“Əl Nəsr” cari mövsümdə 14-cü qələbəsini qazanaraq xalını 43-ə çatdırıb və lider “Əl Hilal”la arasındakı xal fərqini 7-yə endirib. “Əl İttihad” ardıcıl 3-cü məğlubiyyətini alıb və 28 xalla qalıb.

"Əl Nəsr"in 38 yaşlı dünya ulduzu Cristiano Ronaldo 2023-cü ildə 53 qol vurub. “Bavariya”dan Harri Keyn və PSJ-dən Kilyan Mbappe 52 qola imza atıb. Erlinq Holann bu il 50 qol vurub.

Teqlər:

"Kri\u015ftiano Ronaldo 2023-c\u00fc ilin bombardiri oldu"

Əlaqəli Xəbərlər