De Souza yenidən Super Liqaya qayıdır
Əziz Əzizli
"Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirir. Türkiyə klubu braziliyalı yarımmüdafiəçi Jozef de Souza ilə razılaşıb.
"Operativ Media" xəbər verir ki, bu barədə futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib. O, müqavilə bağlamaq üçün İstanbula gələcəyini yazıb.
Hazırda Çinin “BJ Qoan” komandasında çıxış edən yarımmüdafiəçi Türkiyədə “Beşiktaş” və “Fənərbağça”da forma geyinib. O, bu mövsüm 20 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. De Souza qışda güzlənmək niyyətində olan “Başakşəhər”in heyətinə qatacağı oyunçulardan yalnız biridir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net