Menyu

Messi "İnter Mayami"nin 7 oyununda iştirak edə bilməyəcək

Əziz Əzizli
Messi "İnter Mayami"nin 7 oyununda iştirak edə bilməyəcək
1 dəq oxu

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü ildə MLS-in 7 matçını buraxacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Futbolçu Argentina millisinin Amerika kubokunda iştirakı səbəbindən komandanın "De Siti Yunayted", "Nyu-York Red Buls", “Filadelfiya”, “Kolumbus Kru”, “Naşvill”, “Şarlotta” və “Cincinnati” ilə oyunlarında iştirak etməyəcək.

Turnir 2024-cü ilin yayında iyunun 20-dən iyulun 14-dək keçiriləcək. MLS FİFA ilə razılaşmadığından Amerika çempionatının oyunları eyni vaxtda baş tutacaq.

Yeni MLS mövsümü 21 fevral 2024-cü ildə başlayır.

Əlaqəli Xəbərlər