Menyu

"Araz-Naxçıvan" Turan Manafovu buraxmaq istəmir

Əziz Əzizli
"Araz-Naxçıvan" Turan Manafovu buraxmaq istəmir
1 dəq oxu

"Araz-Naxçıvan" klubunun müdafiəçisi Turan Manafov Türkiyə klublarının maraq dairəsinə düşüb.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Türkiyə 1-ci Liqasında çıxış edən bir neçə klub Turan Manafovun trasnferində maraqlıdır. Klublardan biri Naxçıvan təmsilçisinə şifahi təklif göndərsə də rədd cavabı alıb.

Qeyd edək ki, Turan Manafov mövsümün əvvəlində "Səbail"dən "Araz-Naxçıvan"a transfer olmuşdu.

Əlaqəli Xəbərlər