AFFA Hakimlər Komitəsi ədalət təmsilçiləri üçün toplanış keçməyə qərar verib. Frits Stuxlikin quruma sədr olmasından sonra unudulan ənənə yenidən bərpa olunur.
"Operativ Media" xəbər verir ki, yeni sədr Barış Şimşək hakimləri vətəninə aparacaq. 10 günlük toplanışın vaxtı yaxın günlərdə dəqiqləşməlidir. Güman ki, bu, istirahət günləri bitdikdən sonra mümkün olacaq.
Hakimlərin Türkiyədə fiziki hazırlığın yüksəldilməsinə yönəlik çalışmalara cəlb edilməsi gözlənilir. Eyni zamanda praktiki dərslər və yoxlama oyunlarına təyinatlar da planlaşdırılır.