http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Antiterror tədbirlərində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı keçirilib

27 Dekabr 2023 , 17:42
Antiterror tədbirlərində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı keçirilib

Antiterror tədbirləri nəticəsində şəhid olan polis əməkdaşlarının xatirəsinə cüdo yarışı təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Əlahiddə Çevik Polis Alayında (ƏÇPA) antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirilib.

Polis əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, DİN-in İdman Cəmiyyətinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndləri və digər qonaqlar iştirak ediblər. Yarışdan əvvəl ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Çıxış edən şəhid ailələrinin nümayəndələri, eləcə də polis əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirələrinin həmişə uca tutulduğunu və onların dövlətin ali rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal və fəxri fərmanlarla təltif ediliblər.

OXŞAR XƏBƏRLƏR
Avropa Çempionatı Moldovada keçiriləcək

Avropa Çempionatı Moldovada keçiriləcək

"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı

"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı

Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür

Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür

XƏBƏR LENTİ
  • 14:15

    “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
  • 14:10

    Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib
  • 14:08

    Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib
  • 13:58

    Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb
  • 13:55

    "İnterximservis" şirkəti ilə bağlı məhkəmə qərarı elan edilib
  • 13:48

    Azərbaycan vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı açıqlanıb
  • 13:36

    Bu il əcnəbilərin Azərbaycandan kənara çıxarılması ilə bağlı 1 583 qərar qəbul edilib
  • 13:26

    Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb
    Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb
Menyu