Acun Ilıcalı Fatih Terimin "Panathinaikos"a transferinin pərdəarxasını danışdı
Əziz Əzizli
Məşhur iş adamı və “Hall Siti”nin sahibi Acun Ilıcalı Fatih Terimin "Panathinaikos "a transferinin pərdəarxası haqda danışıb.
"Operativ Media" xəbər verir ki, Acun Ilıcalı Fatih Terimin "Panatinaikos"la anlaşmasında vasitəçi olduğunu deyib.
"Panathinaikos" prezidenti Alafouzus ilə görüşərkən Fatih Terimin adı gündəmə gəldi. Bəli, mən bu transferdə vasitəçi olmuşam. Transfer görüşü İstanbuldakı evimdə oldu. Nəticədə hər ikisi mənim yaxın dostumdur.Fatih Terim kimi uğurlu keçmişi olan bir məşqçinin transferində təsirim olubsa, xoşbəxtəm”.
Qeyd edək ki, Fatih Terim "Panathinaikos"la 1,5 illik müqavilə imzalayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net