
"Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşdük".
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mİkayıl Cabbarov "X" də bildirib.
"2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu. Bu il yunan-roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər".
"Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq", - nazir qeyd edib.