http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Andrey Lunyov: "Qarabağ" Rusiya çıxış etsəydi, liderlərdən biri olardı"

01 Yanvar 2024 , 14:28
Andrey Lunyov: "Qarabağ" Rusiya çıxış etsəydi, liderlərdən biri olardı"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

"Operativ Media" həmin müsahibəni təqdim edir:

- Komandaya uyğunlaşma necə gedir?

- Adaptasiya çoxdan başa çatıb. Ünsiyyət baxımından çox rahatdır. "Bayer"dən fərqli olaraq burada çox insan rus dilində danışa bilir. Gündəlik həyata da uyğunlaşmışam. Lakin bir problem var. İnsanlar maşınlardan çox siqnal verirlər (gülür). Eyni zamanda, maraqlı məqam ondan ibarətdir ki, Bakıda maşını qaydasına uyğun sürdükdə belə polislər səni saxlayıb cərimələyirlər.

- Maraqlıdır, niyə?

- Hətta bir məqamı qeyd edib. Bir dəfə məni polis bölməsinə aparmışdılar. Deməli, ailəmi ticarət mərkəzindən aparıb ordan da klubun bazasına getdim. Əsas küçələrin birində yolumla gedirdim. Qaydaları bilirəm və başa düşürəm ki, birdən-birə zolaq dəyişmək olmaz. Maşın sürdüyüm zaman birdən polisin arxamca gəldiyini gördüm. Məndən sürəti aşağı salmamı istədilər. Maşını saxladım və mənə sürətli sürdüyümü dedilər. Həmçinin, bildirirdilər ki, sən zolaqları tez-tez dəyişirdin. Həmin günü qrip idim mənə içkili olduğumu deyirdilər. Buna görə video görüntüləri göstərməyi tələb etdim və bildirdim ki, içkiliyəmsə, məndən test götürsünlər. Bunların heç birini etmədilər və məni polis bölməsinə apardılar. Orada rəisin yanına apardılar və mənə eyni şeyi dedi. Və yenə də videoları göstərməyi tələb etdim. Ondan sonra başladı Azərbaycan dilində danışmağa. Sonda klubdan bir nəfərə zəng etdim gəldi kömək etdi. Hər bir halda cərimə ödəməli oldum. Çünki Azərbaycanda polis bölməsinə aparıldınsa, haqlı və ya haqsız cərimə ödəməlisən.

- Zədələri tam sağaldıb formaya qayıda bilmisiniz?

- "Bayer"la matçda zədə almışdım. Lakin o qədər də ciddi deyildi. Dizimdə ağrılar var. Ümid edirəm ki, fasilə mənim üçün faydalı olacaq.

Formaya gəldikdə isə həyatımda yeni səhifə açılıb, iki il idi davamlı şəkildə meydana çıxmırdım. Lakin "Qarabağ"a gəldikdən sonra, formaya düşməyə başlamışam. İndi təcrübə baxımından itirdiklərimi geri qaytarmaq istəyirəm. Qeyd etdiyim kimi, iki il oynamadan bu asan deyil, amma yenə də bacardığımın ən yaxşısını edirəm.

- "Bayer"in indiki uğurlarına baxanda orda çıxış etmək fikrinizdən keçmir ki? Və ya sualı belə qoyaq, "Qarabağ"a keçidinizdən peşman deyilsiniz?

- "Bayer"in uğurlarına baxanda sevinirəm. Çünki ordakıların çoxunu tanıyıram. Futbolçulardan tutmuş həkimlərə qədər. "Qarabağ"a keçidimdən peşam olmaq məsələsinə gəldikdə isə cavabım xeyrdir. Çünki həmin dövr gözləntilərimin qarşılanmadığı dövr oldu. Hazırda həyatımda yeni səhifə açılıb. Əlimdə olanın maksimumundan istifadə etməyə çalışıram.

- Sizcə, "Bayer"də qalsaydınız, şans qazana bilərdiniz?

- Bəlkə də şansım olardı. Amma Almaniyada çıxış etdiyim zaman vaxtım daha çox zədələrə getdi.

- "Qarabağ" Rusiya Premyer Liqasında çıxış etsəydi necə nəticə göstərərdi?

- Ölkə liqaları arasında keyfiyyəti müqayisə etmək çətindir. Lakin onu deyə bilərəm ki, "Qarabağ" Rusiya çıxış etsəydi, liderlərdən biri olardı. Azərbaycan çempionatının səviyyəsi yüksəkdir, komandalar ciddi rəqabət aparmağı bacarırlar. Bu da inkişafa səbəb olur.

OXŞAR XƏBƏRLƏR
"Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı

"Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı

"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

I Liqa: "İmişli" səfərdə "Cəbrayıl"ı məğlub etdi

I Liqa: "İmişli" səfərdə "Cəbrayıl"ı məğlub etdi

XƏBƏR LENTİ
  • 18:09

    Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır
  • 18:02

    DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb
  • 17:57

    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
  • 17:42

    "Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı
  • 17:42

    Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
  • 17:31

    Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib
  • 17:24

    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO
    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
Menyu