Menyu

"Beşiktaş" hollandiyalı baş məşqçiyə tapşırılır

Əziz Əzizli
"Beşiktaş" hollandiyalı baş məşqçiyə tapşırılır

Yeni baş məşqçi üçün ölkə xaricində bir çox namizədlə görüşən "Beşiktaş" Covanni van Bronkhorstla prinsipial razılığa gəlib.

"Operativ Media" "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki, "ağ-qara" klubun prezidenti Həsən Aratla hollandiyalı məşqçi 1,5 illik əl sıxışıb.

Müqaviləyə əsasən, Van Bronkhorst illik 1 milyon 300 min avro alacaq.

Futbolçu olan illərində "Feyenord", "Arsenal" və "Barselona" kimi nəhəng klublarda çıxış edən Covanni van Bronkhorst 2011-ci ildə "Feyenord"un gənclər komandasında məşqçi kimi karyerasına başlayıb.

Burada A komandasına qədər yüksələn Van Bronkhorst Çində "Quançjou" və Şotlandiyada "Qlazqo Reyncers"i çalışdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər