Menyu

"Qarabağ" yeni transferini açıqlamağa hazırlaşır

Əziz Əzizli
"Qarabağ" yeni transferini açıqlamağa hazırlaşır
1 dəq oxu

"Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Ağdam təmsilçisi “Sabah”dan Aleksey İsayevin keçidini həll edib.

"Operativ Media" Pressinq.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçəcək və 48 saat ərzində transfer rəsmiləşəcək.

“Qarabağ” millimizin üzvü üçün “Sabah”a təxminən 500 min dollar təzminat ödəyəcək. Futbolçu ilə 3,5 illik müqavilə şərtləri razılaşdırılıb.

Əlaqəli Xəbərlər