04 Yanvar 2024, 18:44
Azərbaycan Yığması ikinci oyunda da uduzdu
Azərbaycan Yığması ikinci oyunda da uduzdu şəkil
Azərbaycan Yığması ikinci oyunda da uduzdu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu