http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Qarabağ" son 25 ilin rekorduna imza atıb

05 Yanvar 2024 , 14:45
"Qarabağ" son 25 ilin rekorduna imza atıb

Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər.

“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. Neftçi – 104 (1992)

2. Xəzər (Sumqayıt) – 100 (1992)

3. Kəpəz – 91 (1998)

4-5. Kəpəz – 88 (1995)

4-5. Qarabağ – 88 (2023)

6. Qarabağ – 87 (2022)

7. Neftçi – 78 (1996)

8. Kəpəz – 76 (1992)

OXŞAR XƏBƏRLƏR
SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək

SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək

"Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı

"Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı

"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

XƏBƏR LENTİ
  • 20:15

    Lavrov: Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
  • 19:23

    Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
Menyu