Menyu

Andrey Lunyov: "Əsas olan zədələnməməyim, sağlamlığımın pozulmamasıdır"

Əziz Əzizli
Andrey Lunyov: "Əsas olan zədələnməməyim, sağlamlığımın pozulmamasıdır"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

"Operativ Media" xəbər verir ki, "Matç TV"yə danışan qolkiper 2023-cü ili dəyərləndirib:

- 2023-cü ili sizin üçün müsbət adlandırmaq olar?

- İlin əvvəli pis idi, bundan pis ola bilməzdi. Sonluq isə yaxşı alındı. İlin əvvəlində vəziyyətin düzələcəyinə inanırdım. Əlimdən gələni etdim və sevinirəm ki, işim batmadı.

- Özünüzə neçə xal verirsiniz?

- Zədədən sonra futbola qayıda bildim və bu, mənim üçün önəmli idi. Bir çox adam zədəmin böyük nəticələrinin olacağını dedi, ancaq hər şey yolunda getdi. Buna görə 4+ xal verirəm.

- 2024-cü il üçün hədəfləriniz nədir?

- Daha əvvəl dediyim kimi, hər şeyi bacardığım qədər etmək istəyirəm. Əsas olan zədələnməməyim, sağlamlığımın pozulmamasıdır. Qalanına baxarıq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər