Menyu

"Barselona" antirekorda imza atıb

Əziz Əzizli
"Barselona" antirekorda imza atıb

Dünən İspaniya Kubokunun 1/16 finalında "Barbastro" ilə qarşılaşan və 3:2 hesablı qələbə qazanan "Barselona" antirekorda imza atıb.

"Operativ Media" xəbər verir ki, Kataloniya təmsilçisi artıq 20 oyundur ki, iki və daha çox top fərqi ilə qalib gələ bilmir.

Bu, "Barselona" tarixində ilkdir. "Blauqrana" son olaraq sentyabrın 19-da "Antverpen"i 5:0 hesabı ilə darmadağın edib. İspaniya nəhəngi Çempionlar Liqasında baş tutan bu görüşün ardından keçirdiyi bütün oyunlarda ya qələbəyə həsrət qalıb, ya da 1 top fərqi ilə üstünlük qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər