08 Yanvar 2024, 15:00
"Qarabağ" "Zirə" ilə yoxlama oyunu keçirəcək
"Qarabağ" "Zirə" ilə yoxlama oyunu keçirəcək şəkil
"Qarabağ" "Zirə" ilə yoxlama oyunu keçirəcək

Mövsümün ikinci hissəsi üçün təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın neçə yoxlama oyununda qüvvəsini sınayacağı bəlli olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağdam klubun mətbuat xidməti yanvar ayı üçün açıqladığı təqvimdə məlumat yayıb.

"Köhlən atlar" bu ay 3 matç keçirəcəklər. Bunlardan 1-i yoxlama, 2-si isə rəsmi görüş olacaq.

"Qarabağ" yanvarın 15-də "Zirə" ilə yoxlama oyununda üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində yanvarın 23-də eyni arenada "Araz Naxçıvan"ı qəbul edəcək. Ağdam təmsilçisi həmin ayın 26-28-i aralığında (dəqiq tarix hələlik müəyyənləşməyib) isə çempionatın 20-cu turunda Tovuzda "Kəpəz"in qonağı olacaq.

Son xəbərlər
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub
Gədəbəydə yanğın baş verib
Rusiyada nazir müavini yol qəzası keçirib
Mövqelərimiz yenidən atəşə tutulub - YENİLƏNİB 2
Stiven Uitkoff: Ukrayna ilə danışıqların yeni raundu olacaq