Menyu

Acun Ilıcalının klubu "Liverpul"un futbolçusunu icarəyə götürür

Əziz Əzizli
Acun Ilıcalının klubu "Liverpul"un futbolçusunu icarəyə götürür
1 dəq oxu

"Hall Siti" yarımmüdafiə xəttini  "Liverpul"un futbolçusu Fabio Karvalyo ilə gücləndirməyə hazırlaşır.

 "Operativ Media" "Atletik"ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun mövsümün sonuna qədər "Hall Siti"yə icarəyə veriləcəyi bildirilib.

"Sauthempton"un da Karvalyonu transfer etmək istədiyi, lakin gənc futbolçunun transferində "Hall Siti"nin bir addım öndə olduğu bildirilib.

Transferin bu həftə ərzində başa çatdırılması gözlənilir.

Əlaqəli Xəbərlər