http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qurban Berdiyev Azərbaycan millisində çalışacaq? - Klub prezidenti açıqladı

09 Yanvar 2024 , 09:10
Qurban Berdiyev Azərbaycan millisində çalışacaq? - Klub prezidenti açıqladı

Rusiya 1-ci liqasında yarışan “Dinamo”nun (Mahaçqala) prezidenti Hacı Hacıyev komandanın baş məşqçisi Qurban Berdıyevin Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olması barədə xəbərlərə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, o, bununla əlaqədar Rusiyanın “RB-Sport” saytına danışıb. Saytın yazdığına görə, daha əvvəl Hacı Hacıyev Berdıyevin Azərbaycan millisinə namizəd olmasını təsdiqləyib. AFFA-dan isə indiyə qədər verilən açıqlamalarda bildirilib ki, yaradılan İşçi Qrup səviyyəsində heç bir məşqçi ilə danışıqlar aparılmayıb.

Hacı Hacıyev budəfəki müsahibəsində deyib:

- Azərbaycan millisi haqqında nə deyə bilərəm? Mən Mahaçqalada işləyirəm və Azərbaycan Futbol Federasiyasında nə baş verdiyindən xəbərim yoxdur.

- Yəqin ki, Berdıyevlə bu mövzuda söhbətiniz olub.

- Heç bir söhbətim olmayıb. Mən bunu nə Berdıyev, nə də başqası ilə müzakirə etmək fikrindəyəm. O ki öz baxışları və düşüncələri olan müstəqil insandır. İstəsə, Azərbaycana gedəcək və ya İrana, ya da başqa yerə. Bu, onun haqqıdır. Mənlik nə var?

- Berdiyevin “Dinamo” ilə müqaviləsi var.

- Bu müqavilə o demək deyil ki, o, bizə zəncirlə bağlanıb. Onun istədiyi yerə və istədiyi vaxt sərbəst getmək hüququ var. Biz onu qandallamamışıq.

Qeyd edək ki, 20 turdan sonra “Dinamo” 1-ci liqada liderdir

OXŞAR XƏBƏRLƏR
May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

FİFA öz ölkələrindən kənarda liqa oyunlarını keçirməyə icazə verəcək

FİFA öz ölkələrindən kənarda liqa oyunlarını keçirməyə icazə verəcək

Marko Roys mövsüm sonunda "Borussiya"dan ayrılacaq - RƏSMİ

Marko Roys mövsüm sonunda "Borussiya"dan ayrılacaq - RƏSMİ

XƏBƏR LENTİ
  • 09:22

    Dünya bazarlarında neftin qiyməti aşağı düşüb
  • 09:19

    İranın xarici işlər naziri Qambiyaya səfər edib
  • 09:11

    Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
  • 09:07

    Blinken: "ABŞ Fələstin və İsrailin birgə yaşamasının mümkünlüyünü düşünür"
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
Menyu