Menyu

Türkiyə Superkubokunun final matçı Azərbaycanda keçirilə bilər - İddia

Əziz Əzizli
Türkiyə Superkubokunun final matçı Azərbaycanda keçirilə bilər - İddia
1 dəq oxu

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına məktub göndərib.

Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.

Amma yaxın günlərdə TFF hər iki klubla məsləhətləşib yekun qərarı verəcək. 

Oyunun Bakıda keçirilməsi ehtimalı da var.

Əlaqəli Xəbərlər