Menyu

Azərbaycan millisinin üzvü Türkiyə klubu ilə razılığa gəlib

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Türkiyə klubu ilə razılığa gəlib
1 dəq oxu

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyə 1-ci Liqasında çıxış edən "Kocaelispor" klubu ilə razılığa gəlib.

"Operativ Media" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

"Kocaelispor" 17 turdan sonra 33 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Taylandın "Buriram Yunayted" olub.

Əlaqəli Xəbərlər