11 Yanvar 2024, 09:46
"Qarabağ"ın legioneri Çin klubundan təklif alıb

"Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Çində davam etdirə bilər.
"Operativ Media" Portuqaliyanın “Record” nəşrinə istinadən xəbər verir ki, “Şanxay Şenxua” 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.
Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia olunur.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək