Menyu

Türkiyə Super Liqasında legioner oyunçu qaydası dəyişir

Əziz Əzizli
Türkiyə Super Liqasında legioner oyunçu qaydası dəyişir

Türkiyə Futbol Federasiyası Super Liqasındakı əcnəbi oyunçuların sayının 2024-2025-ci il mövsümündən etibarən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endiriləcəyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki,  Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclasında 2024-2025-ci il mövsümündən başlayaraq 5 mövsümlük  həyata keçiriləcək Super Liqa ilə bağlı aşağıdakı qərarları qəbul edib:

1) 2024-2025-ci il mövsümündən başlayaraq A Komandası siyahısına salınacaq əcnəbi futbolçuların sayı ilk üç mövsümdə 14-dən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endirilib. Matç günü siyahısında heç bir məhdudiyyət olmayacaq.

2) Klubların transfer büdcələrindən daha səmərəli istifadə etmələri üçün A Komandası siyahısına daxil ediləcək oyunçuların sayı 30-dan 26-ya endirilib.

3) “2024-2025-ci il mövsümündən etibarən əcnəbi futbolçu transferlərindən alınacaq fond haqlarının böyük bir hissəsi Federasiya tərəfindən “yerli futbol həvəsləndirmə fondu” olaraq oynamaq hüququ olan futbolçuları oynayan klublara ödəniləcək. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər