Menyu

"Qalatasaray" belçikalı futbolçu üçün İngiltərə klubuna təklif göndərib

Əziz Əzizli
"Qalatasaray" belçikalı futbolçu üçün İngiltərə klubuna təklif göndərib
1 dəq oxu

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" yarımmüdafiə xəttini gücləndirmək istəyir.

"Operativ Media" "Sky"a  istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub İngiltərənin "Nottingem Forest" klubunun belçikalı futbolçusu Orel Manqala üçün qarşı tərəfə təklif göndərib.

Xəbərdə 25 yaşlı futbolçunu "Napoli" və "Yuventus" klublarının da transfer etmək istədiyi bildirilib.

Əlaqəli Xəbərlər