Ana səhifə / İdman / "Sumqayıt" yoxlama oyununda məğlub oldu "Sumqayıt" yoxlama oyununda məğlub oldu 12.01.2024, 19:52 Əziz Əzizli Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" ilk yoxlama oyununu keçirib. "Operativ Media" xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşıb. "Fanatik Belek Sport Center"də baş tutan matç rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama görüşünü yanvarın 16-da Özbəkistan təmsilçisi “Soqdiana”ya qarşı keçirəcək. Teqlər: "\"Sumqay\u0131t\" yoxlama oyununda m\u0259\u011flub oldu"