Menyu

Nicat Abasov şahmat üzrə İddiaçılar Turnirində iştirak edəcək

Nərmin Qocamanlı
Nicat Abasov şahmat üzrə İddiaçılar Turnirində iştirak edəcək

Azərbaycan şahmatçısı Nicat Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi rəsmiləşib.

"Operativ Media" Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna sabiq dünya çempionu Maqnus Karlsenin yarışdan imtina etməsi səbəb olub.

Norveçli qrosmeyster FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.

Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində azərbaycanlı şahmatçı ilə yanaşı, Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Rameşbabu Praqqnanandxa, Vidit Santoş Qucarati, Dommaracu Qukeş (hər üçü Hindistan) və Alireza Firuzca (Fransa) da mübarizə aparacaq. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər