14 Yanvar 2024, 18:36
Ayaz Quliyev: "Səhvlərimizi aradan qaldırsaq, hər şey yaxşı olacaq"
Ayaz Quliyev: "Səhvlərimizi aradan qaldırsaq, hər şey yaxşı olacaq" şəkil
Ayaz Quliyev: "Səhvlərimizi aradan qaldırsaq, hər şey yaxşı olacaq"

"Təlim-məşq toplanışı normal keçir.Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur. Artıq təlim-məşq toplanışında bir yoxlama oyunu keçirmişik”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, bu gün növbəti yoxlama matçına çıxacaqlarını xatırladıb: “İlk oyunda hamı əlindən gələni etdi. Yoldaşlıq matçı olsa da, futbolçuların oyunundan bəlli olurdu ki, hər kəs futbol üçün darıxıb. Baxmayaraq ki, o qədər uzun fasilə olmayıb. Hamı meydanda əlindən gələni etdi. Futbolçularda böyük istək, arzu hiss olunurdu. Oyun keyfiyyəti baxımından da məncə yaxşı təsir bağışladıq. Əsas odur, qalib gəldik. Qələbə istənilən halda həmişə xoşdur. Əgər bəsit qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq, əminəm ki, hər şey yaxşı olacaq”.

Quliyev bildirib ki, rəqibin düşünülmüş, kombinasiyalı hücumundan çox az qol buraxıblar: ” Öz səhvlərimizdən isə qapımızda çox qol görmüşük. Düşünürəm ki, bu da ola bilsin, konsentrasiya ilə bağlıdır. Hər birimiz matçın 90 dəqiqəsi ərzində oyuna maksimum köklənməni qoruyub saxlamalı, bunu itirməməliyik. Əgər bunları düzəltsək, yaxşılaşdırsaq, fikrimcə itirilən xallar minimum olacaq”.

“Sabah” bu gün Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq

Son xəbərlər
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib