Menyu

"Qalatasaray" yunan futbolçu ilə razılığa gəldi

Əziz Əzizli
"Qalatasaray" yunan futbolçu ilə razılığa gəldi
1 dəq oxu

"Trabzonspor"la iyunda başa çatacaq müqaviləsini uzatmayan, yeni klubu ilə maraqlanan Anastasios Bakasetası "Qalatasaray" klubu heyətinə qatmaq istəyir.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub yunan futbolçu ilə böyük ölçüdə razılıq əldə edib.

30 yaşlı futbolçu ilə müqaviləsi bitməmiş qış transfer dövründə yollarını ayırmağı planlaşdıran "tünd-mavililər" "Qalatasaray"dan yaxşı təklif gələrsə futbolçunun getməsinə icazə verəcək.

Qeyd edək ki, bu mövsüm "Trabzonspor"da 18 matçda forma geyinən yunan futbolçu 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər