15 Yanvar 2024, 11:33
Yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb
Yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb şəkil
Yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

"Operativ Media" xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayil Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında Sumqayıt (3-3-5) birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İdman Klubu (3-1-1) yiyələndiyi halda, “üçlüy”ü Gəncə (2-1-7) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan MR) ən əzimkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Son xəbərlər
Qəbələdə beşmərtəbəli yaşayış binasında yanğın olub
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir