Menyu

Bu gün "The Best"in qalibləri açıqlanacaq

Əziz Əzizli
Bu gün "The Best"in qalibləri açıqlanacaq

Bu gün “The Best FİFA Football Awards” mükafatlandırılma mərasimi keçiriləcək.

"Operativ Media" xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“The Best” mükafatı 2023-cü ilin ən yaxşılarına veriləcək. Mərasimdə 7 nominasiya üzrə mükafat təqdim olunacaq.

FİFA daha əvvəl səsvermənin final mərhələsi üçün namizədləri açıqlamışdı. Səsvermədə milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər iştirak edib.

7 fərqli kateqoriyada finala qalan namizədlər aşağıdakılardır:

İlin ən yaxşı kişi futbolçusu

Erlinq Haaland – “Mançester Siti” (Norveç)

Kilian Mbappe – PSJ (Fransa)

Lionel Messi – “İnter Mayami” (Argentina)

İlin ən yaxşı qadın futbolçusu

Aitana Bonmati – “Barselona” (İspaniya)

Linda Kaysedo – “Real” (Kolumbiya) )

Cennifer Hermoso – “Tiqres” (İspaniya)

Puşkas Mükafatı

Xulio Ensiso – “Brayton” (Paraqvay)

Qilyermo Madruqa – “Botafoqo” (Braziliya)

Nuno Santos – “Sportinq” (Portuqaliya)

Kişilərdən ibarət komandalar üzrə ilin ən yaxşı məşqçisi

Xosep Qvardiola – “Mançester Siti” (İspaniya)

Simone İnzaqi – “İnter” (İtaliya)

Luçano Spalletti – İtaliya millisi (İtaliya)

Qadınlardan ibarət komandalar üzrə ilin qadın komandası məşqçisi

Conatan Giraldez – “Barselona” (İspaniya)

Emma Hayes – “Çelsi”(İngiltərə)

Sarina Vicmen – İngiltərənin qadınlardan ibarət millisi

İlin ən yaxşı kişi qapıçısı

Yasin Bunu – “Sevilya/”Əl-İttihad (Kanada)

Tibo Kurtua – “Real” (Belçika)

Ederson – “Mançester Siti” (Braziliya)

İlin ən yaxşı qadın qapıçısı

Makkenzie Arnold – “Vest Hem” (Avstraliya)

Katalina Koll – “Barselona” (İspaniya)

Meri Örps – “Mançester Yunayted” (İngiltərə)

Mükafat 2016-cı ildə təsis edilib. 2016, 2017-ci illərdə portuqaliyalı Kriştianu Ronaldu, 2018-ci ildə xorvatiyalı Luka Modriç, 2019 və 2022-ci illərdə Lionel Messi, 2020 və 2021-ci illərdə isə polşalı Robert Levandovski fərdi titula sahib çıxıblar

Teqlər:

"Bu g\u00fcn \"The Best\"in qalibl\u0259ri a\u00e7\u0131qlanacaq"

Əlaqəli Xəbərlər