"Başakşəhər"in israilli futbolçusunun sosial media paylaşımı gündəm oldu
Əziz Əzizli
Türkiyə çempionatında top qovan daha bir israilli futbolçu sosial media paylaşımına görə hədəfdədir.
"Operativ Media" xəbər verir ki, "Başakşəhər" klubunun futbolçusu Eden Karzev müharibənin 100 günlüyünü ifadə edən foto paylaşıb. Fotoda həmçinin HƏMAS-ın əlində olan israilli girovların ailələrinə qaytarılmasına çağırışı ifadə edən "bringthemhomenow (onları evlərinə qaytarın) həşteqi yer alıb.
Azarkeşlər tərəfindən linç olunan futbolçu barəsində klub rəhbərliyi tərəfindən araşdırma başlanılıb.
Qeyd edək ki, dünən "Antalyaspor"un futbolçusu Saqiv Yehezkel qol vurduqdan sonra sevincini israilli əsirlərə həsr etdiyinə görə komandadan uzaqlaşdırılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net