Menyu

Azərbaycan klublarına ödənişsiz təklif olunan oyunçu "Tuluza"ya 2,7 milyon avroya satıldı

Redaksiya 2360 baxış
Azərbaycan klublarına ödənişsiz təklif olunan oyunçu "Tuluza"ya 2,7 milyon avroya satıldı

Fransa Liqa 1 təmsilçisi "Tuluza" Kiprin "Aris" klubunun qabonlu futbolçusu Şavi Babiçkanı 2,7 milyon avroya heyətinə qatıb.

"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbol mütəxəssisi Rəsul Allahverdiyev "Pelikan" agentliyinə məxsus olan qabonlu futbolçunu daha əvvəl Azərbaycan Premyer Liqası klublarına ödənişsiz təklif etdiyini və imtina cavabı aldığını bildirib.

Sosial media hesabında bu haqda paylaşım edən Rəsul Allahverdiyev Premyer Liqa klublarının futbolçunun 1-ci liqa səviyyəsində olduğunu dediklərini bildirib.

Qeyd edək ki, "Pelikan" agentliyinə məxsus Peter Kinqs də bu mövsüm "Karvan"ın heyətində gözəl oyunu ilə seçilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər