http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Adrian Mutu: "Rəhbərliyə dedim ki, çempionluq və “Qarabağ”ı üstələmək real deyil"

16 Yanvar 2024 , 09:23
Adrian Mutu: "Rəhbərliyə dedim ki, çempionluq və “Qarabağ”ı üstələmək real deyil"

"Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu ölkəsi Rumıniyada “Digi Sport” nəşrinə açıqlamasında Azərbaycan klubundan ayrılmasının səbəbini bildirib.

"Operativ Media" xəbər verir ki, 44 yaşlı mütəxəssis mətbuatda yazıldığı kimi, qovulmadığını söyləyib: “Mən yazılanları klubun xeyrinə düzəltmək istərdim. Deyirdilər ki, mənim üçün çətin olan vaxtda klub tərəfindən qovulmuşam. Əslində belə olmayıb. Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. Daha sonra kluba geri qayıtmayacağımı söylədim. Anlayışla qarşıladılar. Artıq futbola marağım qalmamışdı. Klub rəhbərliyi ilə aramda heç bir mübahisə olmadı. Mən qurban kimi görünmək istəmirəm. Sadəcə, həmin gün dərhal getdim”.

Mutu “Neftçi”də hədəflərin reallığa uyğun olmadığını düşünür: “Neftçi”ni qəbul edəndə onlar artıq mövsümə hazırlaşırdılar. Heyətlərində çoxlu gənclər var idi ki, məşq etmirdilər, sadəcə, oynayırdılar. İlk matçlardan tənqidlər oldu, amma komandanı ayağa qaldıra bildim. Konfrans Liqasında “Beşiktaş”la düşəndə onları keçməmizi istəyirdilər. Halbuki, “Beşiktaş” avrokuboklarda iştirak edən ən vacib klublardan biridir. Transferlərə 3-4 milyon avro büdcə ayrılır. Bu isə kifayət deyil, xüsusən də iddialar fonunda. Rəhbərliyə dedim ki, çempionluq və “Qarabağ”ı üstələmək real deyil. Onların 15 illik baş məşqçisi var. “Qarabağ” başqa səviyyədədir, Ukraynanın “Şaxtyor”u kimi. Futbolçuları fərqli mentalitetdədir. “Qarabağ”la digərləri arasında dəyər fərqi böyükdür”.

Rumıniyalı çalışdırıcı “ağ-qaralar”ın əsas hədəfinin mövsümü ikinci pillədə başa vurmaq olduğunu əlavə edib: “Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Məsələn, “Sabah” 10 komanda arasında 8-ci yerdədir. Mən isə “Neftçi”ni turnir cədvəlində 3-cü pillədə ikən tərk etdim. İkinci yerdəki komandadan da cəmi 1 xal geri qalırlar. Əsl hədəfləri də ikincilikdir”.

Qeyd edək ki, Adrian Mutu mövsümün əvvəlində “Neftçi”nin “sükanı arxasına” keçsə də, qış fasiləsində komandadan ayrılıb

OXŞAR XƏBƏRLƏR
AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu