Menyu

Bakıda keçiriləcək Dünya Kubokunda 33 ölkə iştirak edəcək

Əziz Əzizli
Bakıda keçiriləcək Dünya Kubokunda 33 ölkə iştirak edəcək

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.

"Operativ Media" Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Dünya Kubokunda Azərbaycan millisi ilə yanaşı, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Latviya, Meksika, Niderland, Yeni Zelandiya, Çin, Polşa, Portuqaliya, Cənubi Afrika, İspaniya, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan gimnastları mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər