Türkiyə klubu 37 yaşlı qapıçı transfer edib
Əziz Əzizli
Fatih Karagümrük” klubu heyətini yeni qapıçı ilə gücləndirib. Türkiyə təmsilçisi Salvatore Siriqunu transfer edib.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qapıçı ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Daha əvvəl Fransada PSJ, İspaniyada “Sevilya”, İtaliyada “Torino”, “Cenoa”, “Napoli” kimi klublarda forma geyinən Siriqunun son ünvanı Fransa “Nitsa”sı olub. Sentyabrdan azad agent olan qolkiper ilk dəfə qardaş ölkədə çıxış edəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net