Menyu

"Araz-Naxçıvan"ın futbolçusu"Ayın qolu" mükafatını qazandı

Əziz Əzizli
"Araz-Naxçıvan"ın futbolçusu"Ayın qolu" mükafatını qazandı
1 dəq oxu

Misli Premyer Liqasının dekabr ayında keçirilən oyunları zamanı vurulan qollar arasında "Ayın qolu" nominasiyasının qalibi komandamızın üzvü Turan Manafov olub.

"Operativ Media" xəbər verir ki, onun XVII turda "Sabah"a cərimə zərbəsindən birbaşa vurduğu qol 71 səslə pfl-in facebook səhifəsinin izləyicilərinin rəğbətini qazanıb. 

Qeyd edək ki, Turan Manafov avqust ayında keçirilən səsvermənin də qalibi olmuşdu. Onun "Sumqayıt"la matçda cərimə zərbəsindən vurduğu qol "Ayın qolu" seçilmişdi.

Əlaqəli Xəbərlər