Menyu

Ramil Şeydayev "Kocaelispor" formasını geyindi - FOTO

Əziz Əzizli
Ramil Şeydayev "Kocaelispor" formasını geyindi - FOTO
1 dəq oxu

Tailandın "Buriram Yunayted" klubundan ayrılan Ramil Şeydayev artıq Türkiyədədir.

"Operativ Media" xəbər verir ki, o, yeni klubu "Kocaelispor"un düşərgəsinə də qatılıb. Bu haqda "Cagdaş Kocaeli" nəşri məlumat yayıb. Onunla tibbi müayinədən keçdikdən sonra 1-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı bildirilir.

Bu arada "Kocaelispor"un rəsmi sosial şəbəkə hesabları isə üzərində Azərbaycan bayrağının əks olunduğu çamadan şəkli paylaşıb. 

Xatırladaq ki, 27 yaşlı hücumçu "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalamışdı.

Əlaqəli Xəbərlər